Birxeber.az / Şöbə müdiri: "KOB subyektləri ilə bağlı balanslı iş görülməlidir"

Şöbə müdiri: "KOB subyektləri ilə bağlı balanslı iş görülməlidir"

8-04-2024, 12:40

Azərbaycanda həm paytaxtda, həm də regionlarda kiçik və orta biznes (KOB) subyektlərinin fəaliyyətini genişləndirmək üçün balanslı iş görülməlidir.

"Birxeber.Az" xəbər verir ki, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Bakıda keçirilən “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında bildirib.

"Yaxşı olardı ki, BMT həm Bakıda, həm də regionlarda KOB-larla işləsin, xüsusi diqqəti də Qarabağ prioritet olduğuna görə ora verək. BMT Çərçivə Sənədinə uyğun olaraq layihələr təklif edir. Biz fikirlər səsləndiririk ki, inklüziv artımın təmin edilməsi, sosial institutların güclənməsi, əhalinin təminat xidmətlərinə çıxışın artırılması istiqamətində layihələr daha çox dəstəklənəcək", - deyə o qeyd edib.

Geri qayıt