Birxeber.az / Gürcüstanda azərbaycanlılar Aİ-nin ofisinin qarşısında aksiya keçiriblər - FOTO - VİDEO - YENİLƏNİB

Gürcüstanda azərbaycanlılar Aİ-nin ofisinin qarşısında aksiya keçiriblər - FOTO - VİDEO - YENİLƏNİB

28-01-2024, 15:50

Gürcüstanda azərbaycanlıların paytaxt Tbilisidə Avropa İttifaqının (Aİ) nümayəndəliyinin qarşısında keçirdiyi "Ayrıseçkiliyə və İkilli Standartlara Son!" adlı aksiya insidentsiz başa çatıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, aksiyaçılar Azərbaycanın və azərbaycanlıların regionda sülhdən yana olduqlarını bəyan ediblər. Aksiyada ermənilərin Gürcüstan ictimaiyyətinə həqiqətləri təhrif edərək çatdırmağa çalışdığı, ictimaiyyəti çaşdırmaq istədiyi qeyd olunub, Ermənistandan Azərbaycana qarşı mina terroruna son verməsi, minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi tələb edilib.

Etirazçılar ermənilərin törətdiyi Xocalı soyqırımına ədalət tələb ediblər. İştirakçılar həmçinin Avropa qurumlarının Azərbaycana qarşı ikili siyasət yürütdüyünü bildiriblər. Əraziyə yüzdən çox polis əməkdaşı cəlb edilib.

Qeyd edək ki, Aİ nümayəndəliyinin qarşısında bir qədər sonra Gürcüstandakı erməni diasporasının Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası planlaşdırılır.

***

14:22

Gürcüstanda yaşayan azərbaycanlılar paytaxt Tbilisidə Azərbaycana dəstək məqsədilə "Ayrıseçkiliyə və İkilli Standartlara Son!" adlı aksiya keçirirlər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan 200-dək aksiyaçı hazırda Avropa İttifaqının (Aİ) Tbilisi ofisinin qarşısına yürüş edir. Aksiyaçılar "erməni terroruna son", "Ermənistanın ekoloji terroruna son", "ikili standartlara son" və.s şüarları səsləndirirlər. Gürcüstanın müxtəlif bölgələrindən olan azərbaycanlılar həmçinin Ermənistanın minalanmış Azərbaycan ərazilərinin xəritələrini təhvil verməsini tələb edir.

Geri qayıt