Birxeber.az / Sabirabad sakinləri qanunsuz ov tüfənglərini polisə könüllü təhvil veriblər

Sabirabad sakinləri qanunsuz ov tüfənglərini polisə könüllü təhvil veriblər

20-01-2024, 18:40

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Məlumata görə, aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 5 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Geri qayıt