Birxeber.az / Şəhidin atası: “Oğlumun 9 medalı var”

Şəhidin atası: “Oğlumun 9 medalı var”

28-01-2024, 15:50

4 ay komada qalaraq şəhid olan hərbçimizin 44 günlük vətən müharibəsinin iştirakçısı olub.

Bu barədə Birxeber.Az-nın yerli bürosuna şəhidin atası Tahir Qasımov deyib.

Onun sözlərinə görə övladı ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanıb:

“O, komada hərbi tibb müəssisəsində müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq şəhid olub. Bir ildən artıqdır ki Azərbaycan ordusunda xüsusi təyinatlı orduda xidmət edirdi”.

Şəhidin atası qeyd edib ki övladı işğal altında olan rayonların bir neçəsinin azad olunmasında iştirak edib, 9 medalı var.

Geri qayıt