Birxeber.az / Bakıda mənzildə 28 yaşlı kişinin meyiti tapılıb

Bakıda mənzildə 28 yaşlı kişinin meyiti tapılıb

8-04-2024, 10:50

Bakıda mənzildə 28 yaşlı kişinin meyiti aşkarlanıb.

APA xəbər verir ki, hadisə Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşən mənzildə baş verib.

Orada yaşayan, 1996-cı il təvəllüdlü Salmanov Rüfət Seymur oğlunun meyiti beşinci mərtəbədə yerləşən mənzilin eyvanında asılı vəziyyətdə aşkarlanıb. Onun intihar etdiyi ehtimal edilir.

Araşdırma aparılır.

Geri qayıt