Birxeber.az / Mövlud Çavuşoğlu: “İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir”

Mövlud Çavuşoğlu: “İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir”

26-01-2023, 16:00

“İsveç artıq radikallığı seçibsə, İslama qarşı çıxırsa, bu, onun öz işidir”.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyəyə nəyisə izah etməyə ehtiyac yoxdur: “İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir. Ümumiyyətlə, İsveçdəki hadisənin məqsədi bu ölkənin Alyansa üzvlüyünə mane olmaqdır”.

M.Çavuşoğlu hesab edir ki, İsveçin NATO-ya üzvlük yoluna mina düzülür: “Belə olan halda Finlandiyanın da iştirakı ilə üçtərəfli görüş nəticə verməz”.

Geri qayıt