Birxeber.az / Naxçıvanda qadın körpüdən çaya düşərək ölüb

Naxçıvanda qadın körpüdən çaya düşərək ölüb

8-04-2024, 09:50

Naxçıvanın Şahbuz rayonunda qadın körpüdən çaya düşərək ölüb.

Birxeber.Az-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Külüs kəndində qeydə alınıb.

Belə ki, ötən gün axşam saatlarında kənd sakini 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı kənddə olan körpüdən çaya düşüb. Kənd sakinləri onun meyitini dünən gecə saatlarında çaydan tapıblar.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt