Birxeber.az / Niderlanddakı Azərbaycan diasporu etiraz aksiyası keçirib

Niderlanddakı Azərbaycan diasporu etiraz aksiyası keçirib

28-01-2024, 15:40

Avropanın bir sıra ölkələri, o cümlədən Niderlanddakı fəalların daxil olduğu “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyası Haaqadakı Ermənistan səfirliyi qarşısında aksiya keçirib.

“Report” xəbər verir ki, aksiya çərçivəsində “Ana Vətən” təşkilatının lideri Maisə Ağamirzəyeva Ermənistan hakimiyyətindən işğaldan azad edilmiş ərazilərin əhalisini qorumaq üçün Azərbaycana dəqiqləşdirilmiş mina xəritələrini verməyi tələb edib.

Azərbaycan tərəfi üçün həssas məsələlərin yer aldığı aksiyada “Biz sülh istəyirik!” və “Mina terrorunu dayandırın!” kimi şüarlar səsləndirilib.

Aksiya erməni təşkilatlarının keçirdikləri ümumavropa aksiyasında yaydıqları yalan məlumatların qarşısını almaq məqsədilə keçirilən silsilə tədbirlərdəndir. Bundan əvvəl yanvarın 27-də İsveçrənin Cenevrə şəhərində analoji etiraz aksiyası baş tutub.

Camal Mustafayev

Geri qayıt