Birxeber.az / İraqda koalisiya qüvvələrinin hərbi bazasına onlarla raket zərbəsi endirilib

İraqda koalisiya qüvvələrinin hərbi bazasına onlarla raket zərbəsi endirilib

20-01-2024, 18:40

İraqın qərbində ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın istifadə etdiyi Ayn əl-Əsəd hərbi bazasına 20-dən çox raket zərbəsi endirilib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, atəşi İraqın hərbi qruplaşmaları həyata keçirib.

Təfərrüatlar açıqlanmır

Geri qayıt