Birxeber.az / Şirvanda avtomobil velosipedçini vurub

Şirvanda avtomobil velosipedçini vurub

7-04-2024, 21:50

Şirvanda yol-nəqliyyat hadisəsi olub.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan Şəhər Təcili Yardım Məntəqəsinin yaxınlığında baş verib.

Velosipedlə hərəkətdə olan Şirvan sakini, 1972-ci il təvəllüdlü Məmmədov Vüsal Süleyman oğlunu avtomobil vuraraq ağır yaralayıb.

Müxtəlif xəsarətlər alan velosipedçi təcili yardım avtomobili ilə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt