Birxeber.az / Arda Turanın komandası Türkiyə Superliqasına vəsiqə qazanıb

Arda Turanın komandası Türkiyə Superliqasına vəsiqə qazanıb

7-04-2024, 21:40

Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor” Türkiyə Superliqasına vəsiqə qazanıb.

“Report” xəbər verir ki, adıçəkilən komandanın I Liqada sona 5 tur qalmış mövsümü ilk iki pillədə başa vuracağı rəsmiləşib.

“Eyüpspor” XXIX turda öz meydanında “Altay” üzərində 4:1 hesablı qələbə qazanıb. 67 xalla turnir cədvəlinə başçılıq edən komandanı 56 xalla “Göztəpə” və 50 xalla “Sakaryaspor” izləyirlər.

Geri qayıt