Birxeber.az / Qəzzanın Səhiyyə Nazirliyi münaqişədə ölən fələstinlilərin sayını açıqlayıb

Qəzzanın Səhiyyə Nazirliyi münaqişədə ölən fələstinlilərin sayını açıqlayıb

7-04-2024, 16:40

2023-cü ilin oktyabrın əvvəlindən İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 33,2 minə yaxın fələstinli həlak olub.

“Report” xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi teleqramda bildirib.

“İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı hazırda 33 175 nəfərə çatıb, daha 75 886 nəfər yaralanıb”, – Səhiyyə Nazirliyinin açıqlamasında nəql edilib. Qurumun məlumatına görə, təkcə son 24 saat ərzində Qəzzada 38 nəfər ölüb, 71 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və dinc sakinlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Geri qayıt