Birxeber.az / Azərbaycan Basketbol Liqası: “NTD-İndiqo” “Neftçi”yə qalib gəlib

Azərbaycan Basketbol Liqası: “NTD-İndiqo” “Neftçi”yə qalib gəlib

7-04-2024, 16:40

Azərbaycan Basketbol Liqasında XVI tura yekun vurulub.

“Report”un məlumatına görə, son gündə bir oyun keçirilib.

Eyni xala malik “NTD-İndiqo” ilə “Neftçi” komandaları üz-üzə gəliblər. Qarşılaşma birincilərin 94:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla xallarının sayını 28-ə yüksəldən “NTD-İndiqo” üçüncü pillədə qərarlaşır və ilk iki sıradakı rəqiblərindən 1 xal geri qalır. “Neftçi” isə 27 xalla dördüncüdür.

Geri qayıt