Birxeber.az / Meksikada neft hasilatı platforması yanıb, yaralananlar var

Meksikada neft hasilatı platforması yanıb, yaralananlar var

7-04-2024, 15:40

Meksikada neft hasilatı platforması yanıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Street Insider” portalı məlumat yayıb.

Yanğın saat 16:48-də (Bakı vaxtı ilə 02:48) “Akal B” platformasının qaz xətlərinin yerləşdiyi hissəsində baş verib.

Bildirilib ki, yanğın zamanı fövqəladə hallar sistemləri işə salınıb və yanğın lokallaşdırılıb. Qəza sonucunda ikisi öz işçisi, yeddisi isə başqa şirkətlərin podratçısı olan doqquz platforma işçisi xəsarət alıb.

Qeyd olunub ki, onların heç biri ciddi xəsarət almayıb.

Geri qayıt