Birxeber.az / İranın ruhani liderinin müşaviri: “İsrail səfirlikləri artıq təhlükəsiz deyil”

İranın ruhani liderinin müşaviri: “İsrail səfirlikləri artıq təhlükəsiz deyil”

7-04-2024, 14:50

İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə endirdiyi zərbədən sonra dünyanın müxtəlif yerlərindəki İsrail səfirlikləri artıq təhlükəsiz deyil.

Birxeber.Az xəbər verir ki, bu sözləri İranın ruhani lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri, general Yəhya Səfəvi deyib, bu barədə Tasnim məlumat yayıb.

“Konsulluğa hərbi hücum və Suriyanın dəvəti ilə qanuni olaraq orada olan İran müşavirlərinin ölümü beynəlxalq hüququn pozulmasıdır və artıq heç bir İsrail səfirliyi təhlükəsiz deyil”, - Tasnim agentliyi onun sözlərini sitat gətirib.

Geri qayıt