Birxeber.az / Türkiyədə polisləri daşıyan mikroavtobus aşıb, yaralılar var

Türkiyədə polisləri daşıyan mikroavtobus aşıb, yaralılar var

7-04-2024, 11:50

Türkiyədə Bakırköy istiqamətində hərəkət edən mülki geyimli polisləri daşıyan xidmət mikroavtobusu yağışlı hava səbəbindən baryerə çırpılaraq aşıb.

APA CNN-ə istinadən xəbər verir ki, qəza, Basın Ekspres yolunun Çobançeşme qovşağında baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Qəza səbəbindən yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Geri qayıt