Birxeber.az / Cəlilabadda avtomobil yeniyetməni vuraraq ağır xəsarət yetirib

Cəlilabadda avtomobil yeniyetməni vuraraq ağır xəsarət yetirib

7-04-2024, 03:40

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Ağayev Anar Namiq oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Geri qayıt