Birxeber.az / Azərbaycan XİN Niderlanda çağırış edib

Azərbaycan XİN Niderlanda çağırış edib

7-04-2024, 01:50

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib.

Birxeber.Az xəbər verir ki, bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib.

"Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda deyilir.

Qeyd edək ki, Niderland polisi isveçli iqlim fəalı Qreta Tunberqi Haaqada keçirilən etiraz aksiyasında saxlayıb.

Geri qayıt