Birxeber.az / Exit-poll: İvan Korçok Slovakiyada keçirilən prezident seçkilərində qalib gəlib

Exit-poll: İvan Korçok Slovakiyada keçirilən prezident seçkilərində qalib gəlib

7-04-2024, 01:50

Slovakiyanın keçmiş xarici işlər naziri, liberal fikirlərə sahib olan İvan Korçok ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Birxeber.Az xəbər verir ki, bu, Slovakiya Televiziyasının təqdim etdiyi “exit-poll” nəticələrindən irəli gəlir.

Ukraynaya hərtərəfli yardımın tərəfdarı olan Korçok seçicilərin 51,1%-nin dəstəyini qazanıb. Onun rəqibi, Slovakiya Parlamentinin sədri və “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini isə 48,9% səs toplayıb.

Geri qayıt