Birxeber.az / Tovuzda baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub - FOTO - YENİLƏNİB-1

Tovuzda baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub - FOTO - YENİLƏNİB-1

7-04-2024, 01:50

Tovuzda baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub.

TƏBİB-dən Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (ikisi uşaq olmaqla) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan 2 nəfərin (1 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) vəziyyətləri stabildir, zəruri tibbi xidmətlər göstərilib və Tovuz Rayon Mərkəzi Xəstəxanasında müşahidə altındadırlar.

2 uşaq və ana isə Gəncə Beynəlxalq Xəstəxanasına təxliyə olunublar.

**
20:10


Tovuzda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

Birxeber.Az -nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar Abulbəyli kənd sakinləri - 1993-cü il təvəllüdlü Rafiq Məmmədov, 1994-cü il təvəllüdlü Günel Məmmədova, 1993-cü il təvəllüdlü Xəyalə Əliyeva, 2018-ci il təvəllüdlü Fatimə Məmmədova və 2017-ci il təvəllüdlü Mələk Məmmədovadır.

***
19:53

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobusla "VAZ-2106" toqquşub.

Toqquşmadan sonra “Mercedes Vito" markalı mikroavtobus yoldan çıxaraq işıq dirəyinə çırpılıb, nəticədə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Əraziyə “Azərişıq” əməkdaşları cəlb olunub, elektrik enerjisinin bərpası istiqamətində işlər gedir. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Geri qayıt