Birxeber.az / Slovakiyanın keçmiş xarici işlər naziri prezident seçkilərində qalib gəlir

Slovakiyanın keçmiş xarici işlər naziri prezident seçkilərində qalib gəlir

7-04-2024, 00:40

Slovakiyanın keçmiş xarici işlər naziri, liberal fikirlərə sahib olan İvan Korçok ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlir.

“Birxeber.Az” xəbər verir ki, bu, Slovakiya televiziyasının təqdim etdiyi exit-poll nəticələrində göstərilib.

Ukraynaya hərtərəfli yardımın tərəfdarı olan Korçok seçicilərin 51,1%-nin dəstəyini qazanıb.

Onun rəqibi, Slovakiya Milli Şurasının (Parlament) sədri və “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini 48,9% səs toplayıb.

Geri qayıt