Birxeber.az / Premyer Liqa: "Qarabağ" evdə "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Qarabağ" evdə "Səbail"ə qalib gəlib

6-04-2024, 22:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

"Birxeber.Az" xəbər verir ki, günün ikinci matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə bitib. İlk qolu 7-ci dəqiqədə qonaqlardan Nir Bardea vurub. 15 və 40-cı dəqiqələrdə Yasin Benzianın dublu sayəsində Ağdam təmsilçisi fasiləyə üstün yollanıb.

69-cu dəqiqədə Toral Bayramov, 90-cı dəqiqədə isə Nəriman Axundzadə meydan sahiblərinin üstünlüyünü möhkəmləndirib. Paytaxt klubunun ikinci hissədə yeganə qoluna 88-ci dəqiqədə Rüfət Abdullazadə imza atıb.

Qeyd edək ki, günün ilk qarşılaşmasında "Turan Tovuz" evdə "Sabah"ı 2 cavabsız qolla məğlub edib. Tura sabah yekun vurulacaq.

Geri qayıt