Birxeber.az / Zelenski döyüş meydanındakı vəziyyəti mürəkkəb adlandırıb

Zelenski döyüş meydanındakı vəziyyəti mürəkkəb adlandırıb

6-04-2024, 22:40

“Döyüş meydanında vəziyyət ölkənin Silahlı Qüvvələri üçün mürəkkəbdir”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Aktiv döyüşlərin 90 faizi ölkənin şərqində baş verir. Vəziyyət mürəkkəbdir”, - deyə o qeyd edib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski də təmas xətti boyunca Kiyev üçün vəziyyətin çətin olduğunu bəyan edib.

Geri qayıt