Birxeber.az / Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var 

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var 

6-04-2024, 20:40

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

"VAZ" və "Mercedes Vito" markalı avtomobilərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Xəyalə Əliyeva, 1994-cü il təvəllüdlü Günel Məmmədova, 2017-ci il təvəllüdlü Mələk Məmmədova, 1998-ci il təvəllüdlü Rafiq Məmmədov və 2018-ci il təvəllüdlü Fatimə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt