Birxeber.az / İspaniyalı məşhur qapıçı Səudiyyə Ərəbistanı klubu ilə danışıq aparır

İspaniyalı məşhur qapıçı Səudiyyə Ərəbistanı klubu ilə danışıq aparır

28-01-2024, 12:40

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq qapıçısı David De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "Əl-Şabab" 33 yaşlı qolkiperlə maraqlanır.

Klubun ispaniyalı oyunçu ilə danışıq apardığı bildirilib.

Qeyd edək ki, 2011-ci ildən "qırmızı-şeytanlar"da çıxış edən David De Xea 2023-cü iyulunda komandadan ayrılıb.

Geri qayıt