Birxeber.az / 4 ay komada olan hərbçimiz şəhid olub

4 ay komada olan hərbçimiz şəhid olub

28-01-2024, 11:50

19 sentyabrda Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirərkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı çəhərində müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur. O, MAXE (müddətdən artıq xidmət edən) olub.

Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.

Bura barədə APA-nın yerli bürosuna Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.

Geri qayıt