Birxeber.az / Oğuzda meşə kənarında silah-sursat tapılıb

Oğuzda meşə kənarında silah-sursat tapılıb

6-04-2024, 16:50

Oğuzda meşə kənarından silah-sursat aşkar edilib.

APA DİN-ə istinadən xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən meşə massivinin kənarından 1-i yivli olmaq 2 ədəd ov tüfəngi və həmin silahlara məxsus 1000 ədəd patron aşkar edilərək götürülüb.
Profilaktik tədbirlər zamanı isə rayon sakini atasından qalan müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvilv erib.

Geri qayıt