Finlandiya Prezidenti Aleksander Stubb hökumətin Rusiya ilə sərhəd məsələsindəki qərarını dəstəkləyib.
Birxeber.Az-nın xəbərinə görə, o, “Yle” telekanalına müsahibəsində bildirib ki, bu hüquqi addım ölkədə xaosun qarşısını almağa yönəlib.
Finlandiya-Rusiya sərhədi 2023-cü ilin noyabrında bağlanıb. Cari ilin aprel ayının 4-də hökumət bu qərarı müddətsiz hesab edib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi Helsinkinin bu addımına hüquqi məhdudiyyətlərlə qarşılıq veriləcəyini açıqlayıb.
Fərid Azəri