Birxeber.az / Qusarda yük maşınının vurduğu fəhlə ölüb

Qusarda yük maşınının vurduğu fəhlə ölüb

6-04-2024, 16:50

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunun Qusar rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın şimal bürosunun verdiyi məlumata görə, həmin ərizədə elektrik işləri görən paytaxt sakini 1970-ci il təvəllüdlü Şakir Abdullayevi TIR vurub. Nəticədə o hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt