Birxeber.az / Azərbaycanın U-19 millisi ikinci oyunda da məğlub olub

Azərbaycanın U-19 millisi ikinci oyunda da məğlub olub

6-04-2024, 16:40

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Report" xəbər verir ki, yığma Latviyada Bolqarıstan ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0.

Qeyd edək ki, U-19 ilk oyununda Monteneqroya uduzub - 0:4. Komanda aprelin 9-da Latviya ilə görüşəcək.

Geri qayıt