Birxeber.az / Azərbaycan Basketbol Liqası: “Gəncə” “Cəlilabad”a qalib gəlib

Azərbaycan Basketbol Liqası: “Gəncə” “Cəlilabad”a qalib gəlib

6-04-2024, 16:40

Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, “Gəncə” və “Cəlilabad” komandaları üz-üzə gəliblər.

Qarşılaşma “Gəncə”nin 103:91 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə xallarının sayını 20-yə çatdıran “Gəncə” 9-cu pillədə qərarlaşıb. 8-ci sıradakı “Cəlilabad”ın isə hesabında 21 xal var.

Geri qayıt