Birxeber.az / Azərbaycanda aqrar sahədə dronların tətbiqinin genişləndirilməsi təklif olunur

Azərbaycanda aqrar sahədə dronların tətbiqinin genişləndirilməsi təklif olunur

24-01-2023, 13:00

Aqrar sahədə dronların tətbiqinin genişləndirilməsi lazımdır, çünki, bu, mövcud olan xəstəliklərin qarşısının alınmasında vacib rol oynayır.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Təbii Sərvətlər və Ekologiya Nazirliyinin nümayəndəsi Alibi Gaziz BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO)
Türkiyə və Azərbaycan nümayəndəliklərinin birgə fəaliyyəti çərçivəsində Bakıda təşkil edilən regional seminarda deyib.

Onun sözlərinə görə, yeni texnologiyaların aqrar sahədə tətbiqi gündəmə gəlir:"Ağacları əkdiyimiz zaman dronlar vasitəsilə xəstəlikləri müəyyən etmək mümkündür. Amma mexaniki üsullarla biz xəstəlikləri müəyyənləşdiririk. Qazaxıstanda da bu üsuldan istifadə edilir".

O, qeyd edib ki, Qazaxıstan FAO ilə əməkdaşlığa daim hazırdır.

Geri qayıt