Birxeber.az / Ukrayna bu il 2 milyondan çox dron istehsal etməyi planlaşdırır

Ukrayna bu il 2 milyondan çox dron istehsal etməyi planlaşdırır

6-04-2024, 15:40

Ukrayna bu il 2 milyondan çox dron istehsal etməyi planlaşdırır.

“Birxeber.Az” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın strateji sənayelər nazirinin müavini Anna Qvozdyar Yaponiya telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, söhbət müxtəlif tipli dronlardan gedir: “Xüsusilə, süni intellektin köməyi ilə yeni nəsil dronlar hazırlanır. Süni intellekt dronlara marşrutları müstəqil şəkildə müəyyənləşdirməyə və zərbələr endirməyə kömək edir”.

Geri qayıt