Birxeber.az / Məşhur sabiq futbolçu baş məşqçi postundan ayrılacaq

Məşhur sabiq futbolçu baş məşqçi postundan ayrılacaq

6-04-2024, 14:40

Məşhur sabiq futbolçu Fernando Torres mövsümün sonunda baş məşqçi postundan ayrılacaq.

“Report” xəbər verir ki, gənc mütəxəssis İspaniyanın “Atletiko” klubunun U-19 komandasını tərk edəcək.

40 yaşlı sabiq hücumçunun əsas komandada baş məşqçi Dieqo Simeonenin köməkçilərindən biri təyin olunacağı gözlənlir.

Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Fernando Torres 2001-2007 və 2015-2018-ci illərdə Madrid klubunun formasını geyinib.

Geri qayıt