Birxeber.az / KİV: Putin Türkiyəyə fevralın 12-də səfər edə bilər

KİV: Putin Türkiyəyə fevralın 12-də səfər edə bilər

20-01-2024, 17:50

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə fevralın 12-də səfər edə bilər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Qəzet səfərin təfərrüatlarını bildirməyib.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, Rusiya Prezidentinin Türkiyəyə səfərinin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.

Geri qayıt