Birxeber.az / Ağdaşda avtomobil qəzası baş verib, ölən var

Ağdaşda avtomobil qəzası baş verib, ölən var

28-01-2024, 10:50

Ağdaşda avtomobil qəzası baş verib.

Birxeber.Az-nın Şirvan bürosu xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, yanvarın 28-i saat 06 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən vəfat edib.

Araşdırma aparılır.

Geri qayıt