Birxeber.az / Gəncədə zəncirvarı qəza olub, xəsarət alanlar var

Gəncədə zəncirvarı qəza olub, xəsarət alanlar var

28-01-2024, 10:50

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə qapıların yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan iki "Mercedes" və "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəzadan sonra avtomobillər yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar 2002-ci il təvəllüdlü Murad Dadaşov və Mürsəl Nəzərovdur.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt