Birxeber.az / Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

6-04-2024, 11:40

Azərbaycanda aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix açıqlanıb.

Bu barədə "Report"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar aprelin 9-da, bölgələr üzrə isə aprelin 16-da ödəniləcək.

Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Geri qayıt