Birxeber.az / Avropa Olimpiya Təsnifat turniri: Elnurə Məmmədova mübarizəni erkən dayandırıb

Avropa Olimpiya Təsnifat turniri: Elnurə Məmmədova mübarizəni erkən dayandırıb

6-04-2024, 11:40

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova üçün Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turniri başa çatıb.

“Report” xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizəyə qoşulan idmançı təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi Veronika Ryabolovaya məğlub olub.

Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, daha əvvəl Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.

Geri qayıt