Birxeber.az / İsrail PUA-sı Livanda avtomobili vurub, 4 nəfər ölüb

İsrail PUA-sı Livanda avtomobili vurub, 4 nəfər ölüb

20-01-2024, 17:40

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) Livanın cənubundakı sərhəd bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Livan 24” xəbər portalı məlumat yayıb.

İsrail PUA-sı avtomobili Əl-Bazuriya qəsəbəsi ilə Bürc əl-Şimali qaçqın düşərgəsi arasındakı yolda hərəkət edərkən vurub.

Geri qayıt