Birxeber.az / Brüsseldə Aİ və Ermənistan arasında “Eurojust” çərçivəsində əməkdaşlıq sazişi imzalanıb

Brüsseldə Aİ və Ermənistan arasında “Eurojust” çərçivəsində əməkdaşlıq sazişi imzalanıb

5-04-2024, 17:40

Brüsseldə Ermənistan və Avropa İttifaqı (Aİ) arasında “Eurojust” çərçivəsində əməkdaşlıq sazişi imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, “Eurojust” Aİ-nin məhkəmə sistemi ilə məşğul olan agentliyidir. Bu struktur Aİ üzvü olan hər bir dövlətindən oxşar səlahiyyətlərə malik prokurorlar, hakimlər və ya polis məmurlarını özündə birləşdirir. “Eurojust”-ın missiyası transsərhəd və mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizəni gücləndirməkdir.

Xatırladaq ki, bu gün Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayan, ABŞ dövlət katibi Antoni Blinken və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Josep Borrell arasında dördtərəfli görüş keçirilib.

Geri qayıt