Birxeber.az / Konstitusiya Məhkəməsinin hakimləri üçün yeni imtiyaz müəyyənləşib

Konstitusiya Məhkəməsinin hakimləri üçün yeni imtiyaz müəyyənləşib

5-04-2024, 15:50

Konstitusiya Məhkəməsinin hakimləri ezamiyyə xərclərinin 1 günlük normasına tətbiq olunan əlavələrin həcmi artırılıb.

Birxeber.Az-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarda dəyişiklik edib.

Konstitusiya Məhkəməsinin hakimləri ezamiyyə xərclərinin 1 günlük normasına 50 faiz əlavə veriləcək. Bundan əvvəl bu, 30 faiz olub.

Geri qayıt