Birxeber.az / WADA Şimali Koreyanın Antidopinq Agentliyinin uyğunluq statusunu bərpa edib

WADA Şimali Koreyanın Antidopinq Agentliyinin uyğunluq statusunu bərpa edib

28-01-2024, 06:50

Ümumdünya Antidopinq Agentliyi (WADA) KXDR Antidopinq Agentliyinə uyğunluq statusunu qaytarıb.

Birxeber.Az-nın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

2024-cü il yanvarın 15-də məlum olub ki, Şimali Koreya Antidopinq Agentliyi bərpa meyarlarına cavab vermək üçün bütün şərtləri yerinə yetirib. Təşkilat 2021-ci ildə auditdən sonra bu statusunu itirmişdi.

Hazırda WADA üç təşkilata - Rusiya Antidopinq Agentliyinə (RUSADA), Asiya Olimpiya Şurasına və Beynəlxalq Fitnes və Bodibildinq Federasiyasına uyğunluq statusunu qaytarmayıb.

Geri qayıt