Birxeber.az / Avropa Olimpiya Təsnifat turniri: Nihat Məmmədli mübarizəni dayandırıb - YENİLƏNİB

Avropa Olimpiya Təsnifat turniri: Nihat Məmmədli mübarizəni dayandırıb - YENİLƏNİB

5-04-2024, 15:40

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəni dayandırıb.

"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Türkiyə təmsilçisi Eneş Başara uduzub - 1:3.

13:33

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində qələbə qazanıb.

"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Ukrayna təmsilçisi Aleksey Masiki mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:2 hesabı ilə üstələyib. Daha əvvəl Beka Kandelaki (130 kq) qələbə qazanıb, İslam Abbasov (87 kq) isə məğlub olub.

Qeyd edək ki, bu gün həmçinin Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaq. Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Geri qayıt