Birxeber.az / Şimali Kipr Prezidenti parlamentlərarası işçi qrupun yaradılmasına görə Azərbaycan liderinə təşəkkür edib

Şimali Kipr Prezidenti parlamentlərarası işçi qrupun yaradılmasına görə Azərbaycan liderinə təşəkkür edib

5-04-2024, 15:40

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması ilə bağlı rəsmi X hesabında paylaşım edib.

"Birxeber.Az" xəbər verir ki, Prezident Ersin Tatarın paylaşımında Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması münasibətilə "Türk dünyası bizim ailəmizdir, Türk dünyası ilə əlaqələrimizi gücləndirməliyik", - deyən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Geri qayıt