Birxeber.az / Türkiyədə təyyarə yük yerindən gələn qışqırıqlara görə məcburi eniş edib

Türkiyədə təyyarə yük yerindən gələn qışqırıqlara görə məcburi eniş edib

28-01-2024, 05:50

İstanbuldan Ər-Riyada uçan “Airbus 321” sərnişin təyyarəsi yük anbarından gələn “Kömək” səslərinə görə Antalyada məcburi eniş edib.

Birxeber.Az xəbər verir ki, bu barədə yanvarın 28-də “Haberler” portalı məlumat yayıb.

“Hava gəmisi Pegasus Hava Yollarına məxsus, TC-RDG qeydiyyatdan keçmiş Airbus 321 təyyarəsidir. Ər-Riyada uçuş üçün yerli vaxtla saat 21:15-də Sabiha Gökçen hava limanından yola düşüb. Havaya qalxdıqdan bir müddət sonra bəzi sərnişinlər yük bölməsindən qışqırıq səslərinin eşidildiyini bildiriblər”, - deyə məlumatda bildirilir.

Sərnişinlərdən şikayətlər təyyarənin heyətinə bort Kipr adasının sahillərində olduğu bir vaxtda daxil olub. Pilotlar təyyarəni Antalya hava limanında təcili eniş etmək qərarına gəliblər.

Aeroportun uçuş-enmə zolağı boyu təhlükəsizlik tədbirləri görülüb: polis kordonları çəkilib, yanğınsöndürmə briqadaları və həkim briqadaları düzülüb.

Saat 23:45-də təyyarə hava limanına endikdən sonra yük bölməsinə baxış başlayıb. Mütəxəssislərin işi davam edir.

Geri qayıt