Birxeber.az / BMT-də İsrailə silah satışının dayandırılması ilə bağlı qətnamə müzakirə ediləcək

BMT-də İsrailə silah satışının dayandırılması ilə bağlı qətnamə müzakirə ediləcək

5-04-2024, 12:50

Bu gün BMT-nin İnsan Haqları Şurası İsrailə silah satışının dayandırılmasını tələb edən qətnaməni müzakirə edəcək.

APA xəbər verir ki, qətnamə layihəsi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələr adından Pakistan tərəfindən Şura üçün hazırlanıb.

Qətnamə qəbul edilsə, bu, İnsan Haqları Şurasının Qəzza müharibəsi ilə bağlı ilk mövqeyi olacaq.

Cenevrədə BMT-nin İnsan Haqları Şurası tərəfindən baxılacaq qətnamə bütün dövlətləri “beynəlxalq humanitar hüququn növbəti dəfə pozulmasının, eləcə də insan hüquqlarının pozulması və sui-istifadəsinin qarşısını almaq üçün İsrailə silah-sursat tədarükünü dayandırmağa” çağırır.

Sənəd layihəsi həmçinin Fələstin ərazilərində və İsraildə hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı ittihamları araşdıran Birləşmiş Millətlər Təşkilatının müstəqil araşdırma komissiyasını İsrailə birbaşa və dolayısı ilə silah tədarükləri barədə hesabat verməyə və bunun hüquqi nəticələrini təhlil etməyə çağırır.

Geri qayıt