Birxeber.az / Cəbrayılda 23 qumbara aşkarlanıb - FOTO - VİDEO

Cəbrayılda 23 qumbara aşkarlanıb - FOTO - VİDEO

5-04-2024, 12:50

Cəbrayılda xeyli qumbara aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları Daş Veysəlli kəndi ərazisində xidmətdə olan zaman ümumilikdə, 23 ədəd "F-1" və "RQD-5" markalı əl qumbaralarını taparaq aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

Geri qayıt