Birxeber.az / NATO Ukraynada hərbi təlimlərin bərpasını müzakirə etmir   

NATO Ukraynada hərbi təlimlərin bərpasını müzakirə etmir   

5-04-2024, 12:40

Şimali Atlantika bloku Ukraynada hərbi təlimlərin bərpa olunmasını nəzərdən keçirmir.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən NATO rəsmisi deyib.

O, Ukrayna ərazisində hərbi təlimlərin bərpa olunacağına dair diskussiyalara birmənalı münasibət bildirib: “Hazırda NATO-nun gündəliyində belə bir məsələ yoxdur”.

NATO təmsilçisi alyansın Ukraynaya hərbi qüvvə göndərmək ehtimalını da dəyərləndirib:

“İcazənizlə əlavə edirəm ki, Ukraynaya hər hansı forma və şəkildə qoşun göndərməklə bağlı heç bir plan yoxdur”.

Geri qayıt