Birxeber.az / Hövsanda 32, Sumqayıtda 28 yaşlı kişi asılı vəziyyətdə tapılıb

Hövsanda 32, Sumqayıtda 28 yaşlı kişi asılı vəziyyətdə tapılıb

5-04-2024, 10:50

Bakıda 32 yaşlı kişi evində asılı vəziyyətdə aşkar edilib.

Birxeber.Az xəbər verir ki, Hövsan qəsəbəsi, Hövsan kənd sakini 1992-ci il təvəllüdlü kişi yaşadığı evin həyətində olan talvardan özünü asaraq intihar edib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Bundan başqa Sumqayıt şəhəri, Şirvan Yaşayış massivi ərazisində fərdi evində yaşayan 1996-cı il təvəllüdlü Şirəliyev Elşən Mustafa oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Geri qayıt